Slimfit
  1. CƏMİYYƏT

Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq
Sakura

Sabah 31 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər saatlarında duman olacaq.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 21-26° isti olacaq. Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti olacaq.

 

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-45 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 5-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR