“Saba Cars Azerbaijan” koronavirusla mübarizəyə vəsait ayırdı
Bu gün Almaniyanın qabaqcıl avtomobil tüninqi şirkəti olan “BRABUS GmbH”nin Azərbaycanda rəsmi distribüteri olan “Saba Cars Azerbaijan” MMC tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 000 manat məbləğində vəsait köçürülüb.
Bununla da şirkət Prezident İlham Əliyevin tövsiyələrini əsas tutaraq, hər kəsi sosial həmrəylik nümayiş etdirməyə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən önləyici tədbirlərə qoşulmağa çağırır.
“Saba Cars Azerbaijan” MMC xalqımıza müraciət edərək, vətəndaşlarımızı intizama, özünümaarifləndirməyə, Nazirlər Kabineti yanında operativ qərargahın təsis etdiyi https://koronavirusinfo.az/ informasiya portalından, həmçinin, AR Səhiyyə Nazirliyinin, TƏBİB PHŞ, Qida Təhlükəsizliyi Agentliyinin, Ümumdünya Səhiyyə Təşkilatının onlayn resurslarından yararlanmağa, pandemiya ilə mübarizəyə dair müvafiq təlimatlara ciddi əməl etməyə səsləyir.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət