Slimfit
  1. AZƏRBAYCAN

Saatlının Azadkənd kəndinə təbii qaz verilib

Saatlının Azadkənd kəndinə təbii qaz verilib
Sakura

Saatlının Azadkənd kəndinə təbii qaz verilib

Bu gün Saatlı rayonunun Azadkənd kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə, 403 fərdi evdən ibarət kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 52 291 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR