Slimfit
  1. AZƏRBAYCAN

Saatlarla tıxacda qalan sürücülər oxusun! - Avtomobilə ziyanları

Saatlarla tıxacda qalan sürücülər oxusun! - Avtomobilə ziyanları
Sakura

Saatlarla tıxacda qalan sürücülər oxusun! - Avtomobilə ziyanları

Bu gün ölkəmizdə 1 milyon 400 mindən çox avtomobil var.

Onun 72%-i Bakıda idarə olunur. Bu da günün pik saatların paytaxtda tıxacın yaranmasına səbəb olur. Gündəlik olaraq işə gedib-gələn şəxslərin 2-3 saatı tıxacda keçir.

 

Tıxacda qalmaq sürücülərin əsəbləriylə yanaşı avtomobillərə də ziyan vurur.

Avtomobil üzrə texniki məsləhətçi Əli Sultanov Metbuat.az-a açıqlamasında deyir ki, uzun müddət tıxacda qalmaq avtomobildə sərfiyyatı artırır:

“Avtombil tıxacda qalanda mühərrik yerində işləyir, bu da sürücünün özünə ziyandır. Çünki heç nədən sərfiyyat artır. Yerində işləyən avtomobillərin mühərriyi daha çox benzin sərf edir. Soyutma sistemi normal çalışan avtomobillərdə bu hal problemə səbəb olmur. Yeni, avtomobilin yerində işləməsinin onlara heç bir ziyanı yoxdur. Əsas ziyan avtomobildən daha çox sürücünün cibinə olur. Çünki mühərrik işlədikcə yağın kilometrajı azalır. Ona görə şəhərdə sürülən avtomobillərə 6 min kilometrdən bir yağının dəyişilməsini tövsiyə edirik. Çünki yerində 6 min km işləmək hərəkətli magistralda 8-9 min deməkdir. Ona görə, şəhərdə avtombil sürən sürüclər tez-tez avtomobillərinin yağını dəyişməsini məsləhət görürük.

Tıxacda avtomobillər arasında interval saxlamamağın da ziyanı var. Belə ki, avtomobillər arasında məsafə az olanda, qarşıdakı avtomobilin səs boğucsundan çıxan istilik arxadakı avtomobilin soyutma sisteminə daxil olur. Normalda soyutma sistemi havanı 30 saniyəyə soyudursa, bu müddət 2 dəqiqəyə kimi uzana bilir. Ona görə də, tıxacda olan zaman arada bir balaca interval saxlanılmalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR