Slimfit
  1. AZƏRBAYCAN

Saat 17:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Saat 17:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb
Sakura

Saat 17:00-dək ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bələdiyyə seçkilərində indiyədək seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri açıqlanıb.

Trend-in məlumatına görə, saat 17:00-a olan məlumata görə, ölkə üzrə seçici fəallığının ən yüksək olduğu dairə 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu seçki dairəsində 38 min 621 seçicidən 15 min 792 nəfəri (40.89 %) səsvermədə iştirak edib.

Seçici fəallığının ən aşağı olduğu dairə 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsidir. Bu dairədə 33 min 354 seçicidən 7 min 778 nəfəri (23.32 %) səs verib.

Qeyd edək ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 17:00-dək olan seçici fəallığı 30.57 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 1 520 133 nəfəri səs verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR