Slimfit
  1. DÜNYA

Saakaşvilidən şok: İran təyyarə haqda bu faktı gizlədir

Saakaşvilidən şok: İran təyyarə haqda bu faktı gizlədir
Sakura

Saakaşvilidən şok: İran təyyarə haqda bu faktı gizlədir

İranın Ukrayna təyyarəsi ilə bağlı məsələyə münasibəti çox iyrəncdir.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

“Əvvəlcə onlar dedilər ki, qara qutu zərər görüb və ona görə də bunu tam açmaq mümkün deyil. Bu, artıq həqiqətin gizlədilməsi kimi görünür. Bununla belə onlar bəyan ediblər ki, təyyarə Tehran hava limanına dönməyə cəhd edib, amma dispetçerlə əlaqəyə girməyib. Əgər pilot dispetçerlə əlaqəyə çıxmayıbsa, bəs onlar təyyarənin geri döndüyünü necə öyrəniblər?

Mən həvaskar pilotam, “Cessna” təyyarələrindən istifadə etmişəm və üstəlik, bütün sərnişin təyyarələrindən istifadə edirəm. Mən mülki aviasiya haqqında çox bilirəm. Bundan başı çıxan istənilən adam bilir ki, əgər təyyarənin mühərriki yanırsa, pilotun ilk işi bu barədə dispetçerə məlumat verməkdir. Təyyarə hava limanına qayıdırsa, pilotun ilk işi dispetçeri məlumatlandırmaqdır. O, xəbər vermədən geri dönə bilməz. Yəni iranlılar aşkar şəkildə yalan danışırlar.

Ukrayna gərək sona qədər öz haqqını müdafiə etsin. Ən azından bu mövzunu gündəmə gətirərək, İran hakimiyyətini bu faciəvi səhvinə görə cavab verməyə məcbur etmək lazımdır”, - o bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR