Dərc edildi: Baxış sayı: 499
Saakaşvilidən Azərbaycan və Gürcüstana müraciət
"Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram. Biz yüzilliklərdir ki, xeyirxah dünyada yaşayırıq".
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bunu virtualaz.org-a Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi Keşikçidağ monastır kompleksi ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib.
Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, daha əvvəl o öz “feysbuk” səhifəsində bütün bu hadisələr haqda fikrini bildirib.
M.Saakaşvili vurğulayıb ki, ona yalnız bütün bu problemlərin həll olunmasını və Azərbaycanla Gürcüstanın yaxşı qonşuluq münasibətlərini saxlamalarını və inkişaf etdirmələrini arzulamaq qalır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət