Slimfit
  1. DÜNYA

Saakaşvili Ukrayna siyasətinə qayıdır

Saakaşvili Ukrayna siyasətinə qayıdır
Sakura

Saakaşvili Ukrayna siyasətinə qayıdır

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili “Yeni qüvvələrin hərəkatı” partiyası ilə birlikdə Ukraynada parlament seçkilərində iştirak edəcək.

Siyasətçi belə bir qərarı verməyini “Vladimir Zelenskinin prezident seçilməsi ilə başlanan yeni dalğanı dəstələmək” istəyi ilə izah edib.

“Bu köhnə siyasətçilərə, köhnə partiyalara baxaraq, bu rüşvətxorlara, onların əksəriyyətinin öz adlarını hələ mənim tutularaq ölkədən çıxarıldığım bir dönəm olan il yarım bundan qabaqkından da betər batırmalarına baxaraq, biz qərara gəldik ki, seçkilərə qatılmaq lazımdır”, – deyə Saakaşvili “Facebook”-da bildirib.

Xatırladaq ki, Saakaşvili 2017-ci il iyulun 26-da Ukrayna vətəndaşlığından məhrum edilib. Bununla bağlı Ukraynanın o zamankı prezidenti Petro Poroşenko fərman imzalayıb. Cari ilin mayın 28-də isə ölkənin yeni prezidenti Vladimir Zelenski Saakaşviliyə Ukrayna vətəndaşlığını qaytarıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR