Slimfit
  1. CƏMİYYƏT

Rüşvət alan məmur bəraət istəyir

Rüşvət alan məmur bəraət istəyir
Sakura

Rüşvət alan məmur bəraət istəyir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin sabiq rəis müavini - səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Ens.az Pravda.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 16-na təyin edilib.

 Şikayət hakim Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq.

 O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Xatırlatma: Bakı Hərbi Məhkəməsinin hökmü ilə Adil Hüseynov 8 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

Qeyd: Adil Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.

 Adil Hüseynovun barəsində Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin sabiq rəis müavini - səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR