Dərc edildi: Baxış sayı: 427
Rüstəm Orucov "Böyük Dəbilqə"də 3-cü oldu
Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medal qazanıb.
Azvision.az xəbər verir ki, cüdoçumuz yalnız beynəlxalq turnirin çempionu, yaponiyalı Şohei Onoya uduzaraq 3-cü yeri tutub. Rüstəm Orucov Almaniyada Əlcəzair, İtaliya, Polşavə Rusiya idmançılarını məğlub edərək fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, Orucov dalbadal 2-ci dəfədir Düsseldorf turnirini medalla başa vurub. Almaniyada keçirilən "Böyük Dəbilqə" turnirində 93 ölkədən 605 cüdoçu mübarizə aparır. Azərbaycan bu nüfuzlu yarışda 15 idmançı ilə təmsil olunur.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət