1. HƏRB

Rüstəm Muradov Xankəndidə parad keçirəsi olmadı

Rüstəm Muradov Xankəndidə parad keçirəsi olmadı

Rüstəm Muradov Xankəndidə parad keçirəsi olmadı

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin bu gün mayın 9-da Qələbə bayramı münasibətilə Xankəndidə parad keçirəcəyi haqda günlərdir yayılan xəbərlər özünü doğrultmayıb.

Ens.az Virtualaz.org-a istinadən xəbər verir ki, Xankəndidə parad yox, bayram münasibətilə təntənəli toplantı, mitinq olub. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, 450-dən çox sülhməramlı Xankəndinin mərkəzi meydanında təntənəli mitinqə toplaşıb və sülhməramlı qüvvələrin komandanı, general-leytenant Rüstəm Muradov hərbçilər qarşısında çıxış edib.

Təntənəli tədbir zamanı orijinalı 1945-ci il mayın 1-də Reyxstaq üzərində qaldırılan Qələbə bayrağı meydana gətirilib. O cümlədən Rusiya müdafiə naziri Sergey Şoyqunun sülhməramlılara bayram videotəbriki nümayiş olunub. Mərasim zamanı 20-dən çox hərbi qulluqçu nümunəvi xidmətə görə mükafatlandırılıb. Daha sonra Rusiya Hava Kosmik Qüvvələrinin mahnı və rəqs ansamblının konserti olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR