Dərc edildi: Baxış sayı: 437
“Rustavi 2”nin keçmiş baş direktoru “Əsas kanal” telekanalını qurub
Gürcüstanın “Rustavi 2” televiziya kanalının keçmiş baş direktoru Nika Qvaramia “Əsas kanal” adlı yeni teleşirkət təsis edib.
Bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.
Qvaramia teleşirkətdə nəzarət paketinin sahibi və direktoru olduğunu bildirib.
“Biz başlayırıq! Tezliklə efirdəyik! Fikirləşdiyinizdən də daha tez”, - deyə N.Qvaramia qeyd edib.
Dövlət Reyestrindən çıxarışa əsasən, şirkətin direktorları “Rustavi 2”nin sabiq hüquqşünasları Dmitri Sadzaqlişvili və Tamta Muradaşvili, maliyyə direktoru isə İrakli Nijaradzedir.
Çıxarışda qeyd edilib ki, N.Qvaramia teleşirkətdə 51%, Kaxaber Ancaparidze isə 49% paya malikdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət