Dərc edildi: Baxış sayı: 268
Rusların planları dəyişib, prioritet bu istiqamətdir - Zelenski
Ruslar Xarkovu ala bilmədikləri üçün onların əsas məqsədləri dəyişib. İndi prioritetləri Donetsk vilayətində Pokrovsk yaşayış məntəqəsini ələ keçirməkdir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Onların əsas istiqaməti bütövlükdə şərq deyil, baxmayaraq ki, Slavyansk da istisna deyil, amma bu gün deyərdim ki, Pokrovsk onlar üçün prioritetdir. Bu gün onlar ən çox şəxsi heyəti, silah-sursatlarını, bir sözlə, sahib olduqları hər şeyi Pokrovsk istiqamətində cəmləşdirirlər. Pokrovsk istiqaməti daim Baş Qərargahın hesabatlarında düşmənin ən çox hücum etdiyi yer kimi qeyd olunur”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət