Slimfit
  1. TARİX

Rusların bir vaxtlar Ermitaja aparmaq istədiyi Böyük Səlcuqlu Bayrağı (İki Başlı Qartal)

Rusların bir vaxtlar Ermitaja aparmaq istədiyi Böyük Səlcuqlu Bayrağı (İki Başlı Qartal)
Sakura

Astana muzeyinə verilib

Qınıq boyu Səlcuqlu dövlətinin qurucu boyu olaraq tanınır.  Mahmud Kaşqarlının məşhur Divân-ı Lügati't Türk əsərində Qınıqlar belə təsvir edilir: “ٱغُز Oğuz: Türk qəbiləsidir.  Oğuzlar türkmənlərdir.  Bunlar iyirmi iki bölükdür;  Hər bölmənin ayrı bir sənədi və heyvanlarına vurulan bir işarəsi (möhürü) var.  Bir-birilərini bu sənədlərlə  tanıyırlar.  Birincisi və başçıları قنق Qınıqlardır.  Zəmanəmizin Xaqanları da bunlardandır ... "

 Dukak, sülalənin bilinən ən qədim əcdadıdır.  Dukak Oğuz Yabğuluğunda zabit (bölük komandiri) olaraq vəzifə yerinə yetirmiş və daha sonra oğlu Səlcuq bu vəzifəyə gəlmişdir.  Səlcuqlular ilk illərdə Oğuz Yabğuluğuna bağlı idilər.  Daha sonra Səlcuq bəy və Oğuz yabğusunun arası tədricən dəydi.  Müstəqilliyini elan edən Səlcuq bəy qəbilələri ilə daha da cənuba gedərək dövlətini genişləndirdi.

Qazax tədqiqatçısı Jolımbet Mekişin verdiyi məlumata görə;  Böyük Səlcuqlu dövlətinə aid bayraq əsrlər boyu Əmirovlar ailəsi tərəfindən qorunur.  Əmirovlar ailəsi Qazaxıstanın qərbindəki Oral əyalətində yaşayan köklü ailədir ... Bayraqla bağlı ilk araşdırma Rus Ermirtaj Muzeyi komandası tərəfindən edilib. Ermitaj komandası bayrağın XI əsrdən etibarən Böyük Səlcuqlu dövlətinə aid olduğunu bildirib.  Komanda bayrağı Ermitaj Muzeyinə aparmaq istəmiş, ancaq ailədən ala bilməmişdi.  Əmirov ailəsi bayrağı 2 il əvvəl Astana Muzeyinə təhvil veriblər .

Mənbə: bilimdili.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR