Slimfit
  1. MEDİA

Ruslan Vəliyev : Qarabağ həqiqətləri təşəbbüsüm ilə dünyanın 10-dan artıq ölkəsində ictimaiyyətə çatdırılır.

Ruslan Vəliyev : Qarabağ həqiqətləri təşəbbüsüm ilə dünyanın 10-dan artıq ölkəsində ictimaiyyətə çatdırılır.
Sakura

Ruslan Vəliyev : Qarabağ həqiqətləri təşəbbüsüm ilə dünyanın 10-dan artıq ölkəsində ictimaiyyətə çatdırılır.

Son günlərdə Azərbaycan - Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində düşmənin davamlı şəkildə təxribatlar törətməsi hər bir Azərbaycan gənci kimi məndə də mübarizə ruhunu yüksəltdi. Çox təəssüf olsun ki, hal-hazırda düşmənlə cəbhədə mübarizə aparmıram. Ancaq buna baxmayaraq milli vətənpərvərlik ruhunu özümdə rəhbər tutaraq Qarabağ həqiqətlərini və son günlərdə baş verən düşmən təxribatlarını dünyanın müxtəlif ölkələrində yaşayan insanlara çatdırmağa, dünya ictimaiyyətinə erməni vandalizmindən, erməni vəhşiliyindən danışmağa başlamışam və bu istiqamətdə geniş formada təbliğat aparmaqdayam.

Bildiyimiz kimi döyüşlər artıq tək cəbhədə getmir, çox təəssüf olsun ki, düşmənin təxribatlarıda tək cəbhədə olmur. Son günlərdə artıq erməni bloggerlərinin müxtəlif sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, əsassız paylaşımlarının şahidi oluruq. Bundan əlavə düşmən hackerlər dövlətçiliyimizi və vətənpərvərliyimizi təbliğ edən səhifələrə hücumlar edir, müxtəlif resurslardan istifadə edərək bizim həqiqəti əks etdirən məlumatlarımızı saxtalaşdırırlar. Əlbətdə bu informasiya müharibəsində də səngərdə dayanan əsgər ruhlu Azərbaycan gəncləri öz layiqli və əzmkar mübarizəsini aparmaqdadır. Məndə bir Azərbaycan gənci kimi düşmənə öz layiq olduğu yeri göstərir və onların həqiqi üzünü dünya ictimaiyyətinə çatdırıram. 

Artıq şəxsi təşəbbüsüm ilə başlatdığım #erməniterrorunayoxdeyirik aksiyası çərçivəsində xaricdə yaşayan dostlarıma müxtəlif təbliğat formalarını göndərmişəm. Dünyanın 10-dan artıq ölkəsində yaşayan əcnəbi dostlarım öz dəstəklərini öz ana dillərində hazırladıxları video müraciətlərdə bildirir, onlar, hər zaman erməni terrorunu şiddətlə qınadıqlarını, erməni vandalizminə qarşı olduqlarını və Azərbaycana dəstək olduqlarını bildirirlər. Müxtəlif beynəlxalq layihələr vasitəsilə tanış olduğum əcnəbi dostlarımın hər biri Azərbaycana ədalət istəyir və öz sosial şəbəkə hesablarında Qarabağ həqiqətlərini və erməni təcavüzkarlarının törətdiyi soyqrımları paylaşaraq öz xalqlarına, öz insanlarına və bütün dünya ictimaiyyətinə çatdırırlar. 

Hal-hazırda həmin insanlar öz dəstək videolarını mənə göndərmiş və  öz səslərinin bütün dünya ictimaiyyətinə çatdırılmasını səbirsizliklə gözləyirlər. 

Eyni zamanda qeyd etmək istəyirəm ki, bu aksiyaya bütöv Azərbaycan gəncliyi qoşulmalıdır. Düşünürəm ki, hər bir Azərbaycan gənci, hər bir Azərbaycan vətəndaşı öz əcnəbi dostlarına müraciət etsə, onlara Qarabağ həqiqətlərini çatdırsa, eyni zamanda mənfur düşmənlərimiz olan ermənilərin tarixən Azərbaycan torpaqlarını işğal etmək niyyətlərinin olduğunu bildirsə, o zaman ermənilərin Azərbaycan ərazilərində törətdikləri soyqrımlar, vəhşiliklər bütün dünya ictimaiyyətinə çatdırılar. Belə olan halda erməni vandalizmindən, erməni terrorizmindən daha çox insan məlumatlı olacaq və bütün dünya insanları bu terroru şiddətlə qınayacaq.

#Azerbaijan #Karabakh #AllForKarabakh 

#EverythingisforKarabakh

#Everythingisforthehomeland

#Karabakhisoursandwillbeours

#Karabakh is Azerbaijan

#WesaynotoArmenianterror!

#WesaynotoArmenianvandalism!

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR