Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Ruslan Muradov Həmid oğlu

Ruslan Muradov Həmid oğlu
Sakura

DOĞUM TARİXİ: 27/06/1973 VƏFAT TARİXİ: 22/08/1992

27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə Mingəçevir şəhər 10 saylı (indiki 15 saylı - red.) orta məktəbi bitirmişdir. Vitebsk şəhərində ali məktəbə daxil olsa da, orada təhsilini davam etdirməmiş, doğma Mingəçevirə qayıtmışdır. O, atasının işlədiyi Mingəçevir Texniki rezin Məmulatı Zavodunda işə düzəlmişdir. O, televizorun qabağında oturub həyəcanla cəbhə xəbərlərini  izləyirdi. Acı xəbərlər qəlbini göynədirdi. Öz ata-baba yurdlarından zorla qovulan soydaşlarımızın acı taleyi onun yuxusunu  ərşə çəkmişdi. Orduya çağırılacağı günü səbirsizliklə gözləyirdi. O, 1992-ci ilin 22 yanvarında Milli Ordu sıralarına daxil oldu. Daxili qoşunlarda xidmət edirdi. Bir neçə ay hazırlıq keçdikdən sonra, 1992-ci il aprelin 14-də Ağdamın Papravənd kəndinə göndərildi. Həmin gün tərk edilmiş kənd uğrunda ağır döyüşlər gedirdi. Ruslanın xidmət etdiyi bölmə yerli  özünümüdafiə batalyonunun əsgərləri ilə birlikdə bir sıra uğurlu əməliyyatlar keçirdi. Camaat yenidən öz ev-eşiyinə qayıtdı. Bu əməliyyatların həyata keçirilməsində bir kəşfiyyatçı kimi  R.Muradovun böyük zəhməti olmuşdur. Onun düşmən haqqında dəqiq məlumatları mühüm əhəmiyyət kəsb edirdi.

1992-ci ilin avqustunda düşmən ərazisində Azərbaycan silahlı qüvvələrinə məxsus bir təyyarə vurulmuşdu. O, təyyarəçini xilas etmək üçün bir neçə yoldaşı ilə birlikdə keçirilən əməliyyatda iştirak etməli oldu. Onlar mühasirəyə düşdülər. İki gün davam edən ağır döyüşlər nəticəsində mühasirəni yara bildilər.

Ruslan Muradov 1992-ci il avqustun 22-də, Ağdam rayonunun Gülyataq kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Muradov Ruslan Həmid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.Vaxtilə oxuduğu orta məktəb indi onun adını daşıyır. Məktəbdə büstü qoyulmuşdur.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR