Dərc edildi: Baxış sayı: 519
Rusiyaya təkcə İrəvan lazım deyil... - Felgenhauer
Rusiya Ermənistanın qarantıdır, üstəlik, Ermənistanda Rusiyanın hərbi bazası var. Bu o deməkdir ki, Türkiyənin Ermənistana hərbi müdaxiləsi olmayacaq.
Axar.az xəbər verir ki, bunu “168 Jam” qəzetinə müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.
“Ermənistan Moskva üçün vacibdir, amma Türkiyə və Azərbaycanın da Rusiya üçün önəmi var. Rusiya istəyir ki, Ermənistan, Azərbaycan və hətta Gürcüstan keçmişə qayıtsınlar, Rusiya bu regionda dominantlıq etsin. Yalnız Ermənistanla əməkdaşlıq edib, digərlərindən imtina Moskva üçün sərfəli deyil”, - deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət