Dərc edildi: Baxış sayı: 282
Rusiyaya sanksiyalar davam edəcək - Ağ Ev
ABŞ Rusiyaya qarşı sanksiyaları davam etdirəcək.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.
“Yeni sanksiyalar paketi bizim səylərimizin davamıdır və artıq neçə həftədir ki, inkişaf mərhələsindədir. Əlavə sanksiyaların tətbiqi imkanlarını araşdırmağa da davam edəcəyik”, - Kirbi bildirib.
Qeyd edək ki, ötən gün ABŞ Maliyyə Nazirliyi rusiyalı onlarla fiziki və hüquqi şəxsə qarşı sanksiyalar siyahısını genişləndirib. Sanksiyalar siyahısına 95 hüquqi şəxs və 14 gəmi əlavə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət