Slimfit
  1. SİYASƏT

Rusiyaya qarşı sanksiyaların açdığı yeni logistika imkanları: Zəngəzur dəhlizinin əhəmiyyəti artır

Rusiyaya qarşı sanksiyaların açdığı yeni logistika imkanları: Zəngəzur dəhlizinin əhəmiyyəti artır
Sakura

Rusiyaya qarşı sanksiyaların açdığı yeni logistika imkanları: Zəngəzur dəhlizinin əhəmiyyəti artır

“Rusiya-Ukrayna müharibəsi Avrasiya dəmir yolu əlaqəsinin effektivliyinə ciddi ziyan vurub, bu fonda Transxəzər marşrutunun nəqliyyat imkanları yüksələ bilər”.

Ens.Az-ın məlumatına görə,bunu “Report”a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən, Qərbin Rusiyaya qarşı ciddi sanksiyalarından sonra logistik əlaqələr pozulub.

Ekspert bildirib ki, əvvəllər Çindən Qazaxıstan, Rusiya və Belarusa gedən marşrut vardı, ancaq bu marşrutla qatarların hamısı gedib Belarusun Brest şəhərində tıxanırdı, çünki ötürmə gücü zəif idi: “Sonra Rusiyanın öz ərazisindən keçən Baykal-Amur magistralı işə salındı. Ancaq təbii fəlakətlər dəmir yolunu su altında qoyub, eyni zamanda müharibə nəticəsində bu marşrut işləmir. Bu isə oradan gələn yüklərin azalmasına gətirib çıxarır və alternativləri gündəmə daşıyır. Bu baxımdan Orta Dəhlizin potensialı böyükdür”.

R.Ağamirzəyev vurğulayıb ki, Orta Dəhliz multimodal, yəni müxtəlif nəqliyyat vasitələrinin birləşməsindən ibarətdir və böyük maraq kəsb edir:

Mütəxəssis qeyd edib ki, son on ilin göstəricilərini nəzərdən keçirəndə nəyə görə Orta Dəhlizin böyük maraq kəsb etdiyini görmək mümkündür. O söyləyib ki, 10 il əvvəl Qazaxıstan ərazisində bu ölkənin tam mərkəzindən yolu 900 kilometr qısaldan dəmir yolu layihələri icra olunmuşdu: “Eyni ildə Türkiyədə Marmaray tuneli istifadəyə verilmişdi. Bu da Avropa ilə Asiya arasında marşrutun Türkiyə ərazisində kəsintisiz əlaqələnməsi demək idi. 2017-ci ildə isə Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdü ki, bununla yol daha da qısaldı və multimodallıq azaldı. 2018-ci ildə Azərbaycan Bakı limanını Ələtə köçürdü və bu, gələcək üçün böyük perspektivlər açdı. Limanın yükqəbuletmə və ötürmə potensialını artdı”.

 

Bununla belə, ekspert hələ də müəyyən problemlərin olduğu bildirib. R.Ağamirzəyev deyib ki, Azərbaycan müəyyən yükləri qəbul edə bilər, amma böyük yüklərdən danışdıqda bunun üçün bütün dəhliz ölkələrində infrastruktur hazır olmalıdır:

“Azərbaycan demək olar, dəhliz ölkələri arasında daha yaxşı vəziyyətdə olan, yatırdığı sərmayələrlə özünü doğruldan bir ölkədir. Ancaq onu da nəzərə alaq ki, Azərbaycan düzən ərazidə yerləşir. Bizim marşrutlarımız, əsasən, ya Kür-Araz ovalığından keçir, ya da Xəzər boyu. Ona görə də bizdə bu, tikinti sürətinə birbaşa təsir edir. Amma qonşularımızda dağlıq ərazi olduğu üçün bu işlər böyük xərc, daha çox süni qurğuların tikintisi və vaxt tələb edir”.

R.Ağamirzəyev söyləyib ki, Orta Dəhlizin tam inkişafı bütün iştirakçıların addım atması vacibdir. Məsələn, Xəzərin digər sahillərində yerləşən ölkələrdən olan Qazaxıstan bir liman tikib, amma artan yük qarşısında genişləndirmə işləri görülməlidir: “Türkmənistan böyük bir liman infrastrukturuna malikdir. Burada çatışmayan element Çin-Qırğızıstan-Özbəkistan dəmir yoludur. 30 ildən artıq idi ki, onun ətrafında müzakirə gedirdi. Keçən il Şanxay Əməkdaşlıq Təşkilatında qərara alındı və artıq tikintiyə başlanıb. Hədəfləndiyi üzrə 2025-ci ildə işlər tam icra olunub bitdikdən sonra daha qısa bir marşrut yaranmış olacaq. Bu bizim üçün ona görə önəmlidir ki, bizim istiqamətdə artıq bir yox, iki marşrut fəaliyyət göstərəcək”.

Həmsöhbətimiz baş verəcək yeniliyin isə Azərbaycan ərazisində dəhlizlərin şaxələndirilməsi mövzusunu gündəmə gətirdiyini vurğulayıb:

“Ona görə də Azərbaycan bütün riskləri nəzərə alaraq Zəngəzur dəhlizi ətrafında işlər görür. Bu həm Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin reinteqrasiyası, həm də “Böyük Qayıdış” proqramındakı bütün daşımaların dəmir yolu vasitəsilə icra edilməsi baxımından vacibdir, həmçinin qitələrarası əlaqə baxımından əhəmiyyət kəsb edir. Ümumiyyətlə, istənilər yol birinci ölkənin öz daşımaları, ikinci regional daşımalar, üçüncü qitələrarası daşımalar baxımından əhəmiyyətlidir. Hər ölkə öz ərazisində daşımanı bunları nəzərə alıb təşkil etsə, daha effektiv olacaq”.

R.Ağamirzəyev qeyd edib ki, Azərbaycan Şərq-Qərb dəhlizi üzrə xərclərin optimallaşdırılması üçün Bakıdan Böyük Kəsikə uzanan sabitcərəyanlı elektriklənmiş dəmir yolunun dəyişən cərəyana keçidi işlərinə başlayıb: “Ucardan Böyük Kəsikə bu işlər bitib. Ucardan Bakı istiqamətinə isə işlər davam edir. Bu bizim üçün xərcləri 20 faiz optimallaşdıracaq və daha ucuz daşımağa imkan yaradacaq. Bundan başqa, 40 ədəd Az8A dəyişən cərəyanlı işləyən, 10 ədəd isə dəyişən və sabit cərəyanlı Az4A lokomotiv alınıb. Bu işlər davam edir, çünki yük artdıqca hərəkət tərkibinin də yenilənməsinə ehtiyac var. Ümumiyyətlə, işlər bir günlük deyil, qısa, orta və uzun vədəli həll olunmalıdır. İlkin olaraq beş illik yol xəritəsi cızılıb”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR