Slimfit
  1. AZƏRBAYCAN

Rusiyaya gedən kişilərə bəd, həyat yoldaşlarına şad xəbər

Rusiyaya gedən kişilərə bəd, həyat yoldaşlarına şad xəbər
Sakura

Rusiyaya gedən kişilərə bəd, həyat yoldaşlarına şad xəbər

Rusiya Dövlət Duması saxta nikahlarla mübarizə ilə bağlı qanun qəbul edib. Duma əcnəbilərin Rusiya vətəndaşları ilə ailə quraraq, müvəqqəti yaşama icazəsi alması üçün bağladıqları saxta nikahların qarşısını almaq baxımından qanuna dəyişiklik edib.

Qanun layihəsinə görə, indi Rusiya vətəndaşı ilə nikaha daxil olan əcnəbilərə yalnız onun həyat yoldaşının yaşadığı ərazidə yaşamaq üçün müvəqqəti icazə veriləcək.

Oxu.Az xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Ekspertlər hesab edir ki, yeni qanunun qəbulu şimal qonşumuzda yaşayan həmvətənlərimiz üçün də müəyyən problemlər yarada bilər. Amma ümumi götürdükdə qeyri-qanuni nikahları aşkar etmək elə də asan olmayacaq.

Ekspertlər yeni qanunun tətbiqi ilə Rusiyada əcnəbilərin sayında azalma olacağı qənatindədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR