Slimfit
  1. SƏYAHƏT VƏ TURİZM

Rusiyaya gedən azərbaycanlı turistlərin sayı artıb

Rusiyaya gedən azərbaycanlı turistlərin sayı artıb
Sakura

Rusiyaya gedən azərbaycanlı turistlərin sayı artıb

Rusiyaya turist səfərlərinin ümumi sayı cari ilin doqquz ayı ərzində 1,4 faiz artaraq, 19 milyon 245 min nəfərə çatıb. 

Oxu.Az xəbər verir ki, “Turstat” analitik agentliyinin ekspertləri Cənubi-Şərqi Asiya, ABŞ və Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayında artımı DÇ-2018-lə əlaqələndirir.

Rusiyaya 2017-ci ildə (qeyri-yaşayış məqsədli) səfər edən turistlərin ümumi sayı 24 milyon 390 min nəfər təşkil edir.

Futbol üzrə dünya çempionatı hesabına Avropa ölkələrindən olan turistlərin sayı əhəmiyyətli dərəcədə artıb: Almaniyadan yanvar-sentyabr aylarında 546 min nəfər (+10%), Fransadan  168 min nəfər (+13%), İtaliyadan 165 min nəfər (+9 %), İspaniyadan 103 min nəfər (+6 ), Xorvatiyadan 26 min nəfər (+271%), Portuqaliyadan 17 min nəfər  (+31 %), ABŞ-dan (300 min nəfər (+19%) Böyük Britaniyadan 174 min nəfər (+14%), Kanadadan 54 min nəfər (+17%) və Avstraliyadan 62 min nəfər (+48 faiz) təşkil edib.

Bu arada, Rusiyaya gələn turistlər arasında Ukrayna (6,4 milyon – 4%), Qazaxıstan (2,7 milyon +1%), Çin (1,4 milyon +14%), Finlandiya (720 min – 8 %), və Azərbaycan (665 min, +1,5% ) vətəndaşları üstünlük təşkil edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR