Rusiyaya casusluq edən ABŞ hərbçisini Azərbaycana nə bağlayır...
ABŞ xüsusi təyinatlılarının keçmiş kapitanı Piter Rafael Dzibinski Debbins Virciniya ştatında yaşadığı evdə həbs olunub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 45 yaşlı Piter Debbins 10 ildən artıq müddətdə Rusiyaya kəşfiyyat məlumatları ötürməkdə ittiham olunur.
O, məlumatları Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (QRU) ötürüb.
“Debbins ABŞ ordusu zabitinin andını pozaraq, ölkənin milli təhlükəsizliyini təhdid altına almış, xidmət etdiyi hərbi birləşmənin üzvləri barədə rusiyalı kəşfiyyatçılara məlumatlar verərək onların bəzilərini əməkdaşlığa cəlb etməyə çalışıb”- deyə Ədliyyə Nazirliyinin açıqlamasında deyilir.
İstintaqın məlumatına görə, 1997-ci ildə Rusiyanın Çelyabinsk şəhərində tanış olduğu rus qadınla nikaha girən Debbins, ordu zabiti olan qayınatasının təsiri altına düşüb.
“Debbins rusiyalı kuratorlarına özünü “Rsuiyanın oğlu” kimi təqdim edirdi. Agentlər ona xüsusi təyinatlı qüvvələrə daxil olmağı məsləhət görüblər, o da bunu edib”-deyə məlumatda vurğulanır.
Karyerasına gəlincə, Debbins 1998-2005-ci illərdə ABŞ ordusunda xidmət edib. O əvvəlcə, Cənubi Koreyadakı hərbi bazada kimyəvi qoşunlarda xidmət edib, 2003-cü ildə Almaniyada xüsusi təyinatlı qüvvələrin zabiti olub. 2004-cü ildə Azərbaycana göndərilsə də, təhlükəsizlik qaydasını pozduğu üçün komandanlıqdan kənarlaşdırılmışdı. 2005-ci ilin noyabrında ehtiyata buraxılıb və 2010-cu ilə qədər ehtiyatda olan zabit kimi qeydiyyatda qalıb.
Xatırladaq ki, bundan bir müddət əvvəl, ABŞ ordusunun zabiti Çarlz Briqs Rusiyaya, avqustun 18-də saxlanılan Yunq Çinq Ma isə Çinə casusluq ittihamı ilə həbs olunub.
Mənbə: Modern.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət