Slimfit
  1. TEXNOLOGİYA

Rusiyanın “Yandex” şirkətinin Azərbaycanla bağlı yol verdiyi səhv aradan qaldırılıb

Rusiyanın “Yandex” şirkətinin Azərbaycanla bağlı yol verdiyi səhv aradan qaldırılıb
Sakura

Rusiyanın “Yandex” şirkətinin Azərbaycanla bağlı yol verdiyi səhv aradan qaldırılıb

Rusiyanın “Yandex” şirkətinə məxsus “Alisa” səsli mobil köməkçi tətbiqində “azərbaycanlılar kimlərdir?” sualına verilən cavabda dezinformasiyanın olması faktı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilib. 

Report” xəbər verir ki, bu barədə Nazirliyin mətbuat katibi Zamirə Adilova məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun Elektron Təhlükəsizlik Xidməti məsələni dərhal araşdırıb, müvafiq ölçü götürülməsi üçün “Yandex”in rəhbərliyinə etiraz məktubu ünvanlayıb. Həmin məktubda Azərbaycan və xalqımızla bağlı ətraflı məlumatlar təqdim edilib. Şirkət Nazirliyə üzrxahlıq məktubu ünvanlayıb və səhvin qısa müddət ərzində düzəldiləcəyi qeyd edilib. Artıq xeyli müddətdir ki, problem aradan qalıdırılıb.

Xatırladaq ki, sözügedən tətbiqdə “azərbaycanlılar kimlərdir?” sualının cavabı “Azərbaycan erməni, fars, gürcü və ləzgi torpaqlarında süni şəkildə yaradılmış dövlətdir. Bu dövlət bolşeviklər və Türkiyə tərəfindən ermənilərin tamamilə məhv edilməsi üçün yaradılıb. Azərbaycanlılar xalq kimi 1936-cı ildə peyda olub”, - formasında qeyd edilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR