Slimfit
  1. DÜNYA

Rusiyanın Tesla-ya cavabı: Kalaşnikov CV-1 elektrik avtomobili

Rusiyanın Tesla-ya cavabı: Kalaşnikov CV-1 elektrik avtomobili
Sakura

Rusiyanın Tesla-ya cavabı: Kalaşnikov CV-1 elektrik avtomobili

Rusiyanın istehsalçı firması Kalaşnikov Elon Musk-ın Tesla-sına cavab olaraq retro görünüşlü elektrik avtomobilini təqdim edib.

Məşhur AK-47 hücum tüfənginin istehsalçısı olan firma Moskvanın yaxınlığında keçirilən tədbirdə CV-1 adlandırdığı prototip vasitəni təqdim etdi.

Deyilir ki, CV-1 1970-ci illərdə yaradılan sovet hetçbekindən ilhamlanmış qabaqcıl "superavtomobildir".

Kalaşnikov daha əvvəl yeni döyüş robotu "kiçik İqora" görə gülüş mənbəyinə çevrilib.

Şirkət cümə axşamı yaydığı bəyənatda deyir ki, CV-1 avtomobilində bir sıra "kompleks sistem" olduğuna görə, "bizə Tesla kimi qlobal elektrik avtomobil istehsalçıları sıralarında durmağa imkan yaradır".

Əlavə edilir ki, avtomobil tam hazırlandığında öz firması tərəfindən istehsal olunan elektrik vasitələrindən bir neçə dəfə yüksək sürətə malik olacaq və bir yükləmədə 350 km yol qət edə biləcək.

Vasitə ilkin prototip olduğundan, vasitənin qiyməti hələ açıqlanmır.

"Mühəndislik və döyüş vəzifələrinin yerinə yetirilməsi" üçün nəzərdə tutulmuş dörd metr uzunluğunda, 4,5 ton ağırlığındakı Iqorek ("kiçik İqor") adlı robot

Kalaşnikov markasını fərqli istiqamətlərdə genişləndirmək üçün vasitələr axtarır və son vaxtlarda satışa çətirdən smartfon örtükləri kimi əşyalar və geyim kolleksiyası çıxarıb.

Şirkətin elektrikli vasitələr yaratmaq istəyi Moskvada qarışıq reaksiyalar ilə qarşılanıb.

Sosial media istifadəçiləri şirkətin Facebook səhifəsinə Rusiyanın Tesla-ya cavabı barədə fikirlərini bölüşüblər. Bəziləri dizaynı "gülməli zombifason" adlandırıb, bəziləri isə avtomobilin görünüşünü "möhtəşəm" olaraq qiymətləndirib.

"Tanklarınız əladır, amma avtomobildən uzaqlaşsanız daha yaxşı olar", - bir istifadəçi yazıb .

Həftənin əvvəlində Kalaşnikov "mühəndislik və döyüş vəzifələrinin yerinə yetirilməsi" üçün nəzərdə tutulmuş dörd metr uzunluğunda, 4,5 ton ağırlığındakı İqorek ("kiçik İqor") adlı robotu təqdim edib.

Robotların daha kiçik, daha ağıllı olmaq üçün rəqabət apardığı dövrdə, şirkətin robotunun köhnə dizaynın istehza ilə qarşılanıb.

Bəzi istifadəçilər robotu İran pişiyinə bənzədib

Daha sonra Kalaşnikov deyib ki, 2020-ci ildə sərgidə robotun təkmilləşdirilmiş versiyasını nümayiş etdirməyi ümid edir.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR