Slimfit
  1. SİYASƏT

"Rusiyanın sülh müqaviləsinin imzalanmasında marağı yoxdur" - Elçin Mirzəbəyli

"Rusiyanın sülh müqaviləsinin imzalanmasında marağı yoxdur" - Elçin Mirzəbəyli
Sakura

"Rusiyanın sülh müqaviləsinin imzalanmasında marağı yoxdur" - Elçin Mirzəbəyli

Məlum olduğu kimi, mayın 25-də Rusiyanın paytaxtı Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti görüş planlaşdırılır.

Bu görüşdən gözləntilər nələrdir? Sülh müqaviləsinin imzalanması ilə bağlı razılaşma gözlənilirmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elçin Mirzəbəyli bildirdi ki, mayın 25-də keçiriləcək görüş Avrasiya İqtisadi İttifaqının zirvə görüşü çərçivəsindədir.

Onun sözlərinə görə, Azərbaycan bu görüşə qonaq kimi dəvət olunub:

"Ermənistan isə bəlli olduğu kimi, Avropa İqtisadi İttifaqının üzvüdür. Belə bir görüşün həmin toplantıda baş tutacağı gözlənilir. Amma bu, hələ ki, rəsmi qaydada etiraf olunmayıb. Azərbaycan tərəfinin bununla bağlı konkret mövqeyi açıqlanmayıb. Bu görüş baş tutacaqsa və bu görüşün sülh müqaviləsinə gətirib çıxaracağı ehtimalına gəldikdə isə belə bir ehtimal yoxdur. Çünki Moskvada keçirilən son görüşdə və bu görüşdən sonra Ermənistanın sərgilədiyi davranışlarda belə anlaşılır ki, indiki şəraitdə, ilk növbədə Rusiyanın sülh müqaviləsinin imzalanmasında marağı yoxdur. Rusiya hələlik mövcud status-kvonun qorunub saxlanmasını və 10 noyabr bəyanatının sərhədləri çərçivəsindən kənara çıxılmamasını arzulayır. Bu, Rusiyanın Xarici İşlər Nazirliyinin verdiyi bəyanatlarda da, açıqlamalarda da özünü göstərdi. Bu aspektdən mayın 25-də sülhə doğru hər hansı bir istiqamətin olacağını gözləmirəm. Əgər belə bir görüş baş tutarsa, yenə də 10 noyabr bəyanatının prinsipləri üzərindən hansısa müzakirələr aparılacaq, fikirlər səsləndiriləcək. Eyni zamanda, çox güman ki, kommunikasiyaların açılması gündəmə gələ bilər".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR