Rusiyanın NTV telekanalının Türkiyədə tutulan jurnalistləri casusluqda ittiham oluna bilər
Rusiyanın NTV telekanalının Türkiyədə saxlanılan jurnalistləri casusluqda ittiham oluna bilər.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə “RİA Novosti”yə Türkiyədə vəziyyətlə tanış olan mənbə məlumat verib.
“Ancaq bildiyim qədər, məhkəmə bu işi hələ baxılmaq üçün qəbul etməyib”, - deyə o, telekanala açıqlamasında vurğulayıb.
Bundan əvvəl agentliyin həmsöhbəti işin artıq məhkəməyə verildiyini bildirmişdi.
Xatırladaq ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə öz redaksiyalarına xəbər veriblər. Sonradan Türkiyə vətəndaşı, azərbaycanlı jurnalist Aytac Carçıyevanın da onlarla birlikdə olduğu bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət