Dərc edildi: Baxış sayı: 251
Rusiyanın neft və qaz gəlirləri yeddi ayda 61,6% artıb
Yanvar-iyul aylarında Rusiyada neft və qaz gəlirlərinin həcmi artaraq 6,777 trilyon rubl təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 61,6% artım deməkdir.
Ens.az ikisahil.az-a istinadən xəbər verir ki,bu haqda “Kommersant” məlumat yayıb.
Məlumatda qeyd edilir ki, yeddi ayın nəticələrinə əsasən, neft və qaz kondensatının hasilatı və ixracı üzrə vergilər büdcəyə 7,944 trilyon rubl gəlir gətirib. Mineral hasilat vergisi və qaz ixrac rüsumu 6,7% artaraq 1,022 trilyon rubla çatıb.
Altı ayın sonunda neft və qaz gəlirləri illik müqayisədə 68,5% artım göstərərək 5,698 trilyon rubl təşkil edib. Maliyyə Nazirliyi bunu Rusiya neftinin bahalaşması ilə əsaslandırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət