Dərc edildi: Baxış sayı: 345
Rusiyanın IBSA-ya üzvlüyü dayandırıldı
Azərbaycanlı funksioner İlqar Rəhimovun prezidenti olduğu Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) Rusiya və Belarusun quruma üzvlüyünü dayandırıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə IBSA-nın İcraiyyə Şurası qərar çıxarıb.
Hər iki ölkənin üzvülüyünün 2 il müddətinə qismən dayandırıldığı vurğulanıb.
Bundan əlavə, qurum Rusiya və Belarus idmançılarının 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarında neytral statusda mübarizə aparmasını dəstəkləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət