Dərc edildi: Baxış sayı: 4342
Rusiyanın ən varlı varisi azərbaycanlı çıxdı
"Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu Yusif Rusiyanın ən varlı varisi qəbul edilib. Yeniavaz.com RİA Novosti agentliyinə istinadla xəbər verir ki, o, "Forbes" jurnalının hazırladığı reytinqdə ardıcıl dördüncü dəfə bu ada layiq görülüb.
Jurnal dördüncü dəfə Rusiyanın ən varlı sahibkarlarının varislərinin reytinqini dərc edir. Yusif bu illər ərzində birinci yeri tutub. Reytinqdə 20 ailə təmsil olunub. Bu ailələrin 48 uşağı var. Hər bir uşağa azı 2,3 milyard dollar düşür. Jurnal reytinqi hazırlayarkən milyarderin sərvətini onun qəbul edilmiş bütün uşaqları arasında bölür. Nəticədə ən varis 21,8 milyard dollarla yenidən Yusif Ələkbərov olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət