Dərc edildi: Baxış sayı: 419
Rusiyanın dövlət bankı ABŞ-ı tərk etdi
Rusiyanın dövlət maliyyə strukturu olan VTB ABŞ-dakı törəmə şirkətini satıb.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, “VTB Capital" elə VTB-nin menecmentinə satılıb.
Bundan sonra “VTB Capital” adını dəyişərək (Xtellus Capital Partners) ABŞ bazarında müstəqil fəaliyyət göstərəcək.
Anlaşmaya əsasən, “Xtellus Capital Partners” Rusiyanın VTB qrupu üçün ABŞ bazarında broker-diler funksiyasını yerinə yetirəcək. Bu isə bankın müştərilərinə ABŞ bazarında investisiyalara çıxış imkanlarını qoyuyub saxlamağa imkan verəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət