Slimfit
  1. DÜNYA

Rusiyanın dost və düşmənlərinin adı açıqlandı - Sorğu

Rusiyanın dost və düşmənlərinin adı açıqlandı - Sorğu
Sakura

Rusiyanın dost və düşmənlərinin adı açıqlandı - Sorğu

Çin Rusiyanın ən yaxşı dostudur.

Axar.az xəbər verir ki, bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Respondentlərin 45%-i bu fikri dəstəkləyib.

Rusiyanın dost ölkələri siyahısında ilk beşliyi Belarus (30%), Qazaxıstan (21%), Suriya (13%), Türkiyə (13%) qapadıb. Ermənistanı Rusiyaya dost hesab edənlərin sayı 4%, İranı isə 3% təşkil edib.

Moskvanın ən gərgin münasibəti olan ölkələr siyahısında isə ABŞ, Ukrayna, Britaniya, Polşa, Gürcüstan, Almaniya, Latviya, Litva və digərləri yer alıb. ABŞ-ı düşmən hesab edənlərin sayı 8% azalaraq 67% təşkil edib. Bunun əvəzində Ukraynanı düşmən hesab edənlərin sayı 14% artaraq 53%, Gürcüstanı düşmən sayanlar isə 7% artaraq 12% olub.

Rusların fikrincə, hazırda Rusiyaya əsas hərbi hücum təhdidi ABŞ-dandır. Bu fikri əhalinin 53%-i müdafiə edib. Ondan sonrakı pillələrdə Ukrayna, Çin, Britaniya, Yaponiya, NATO, Polşa, Baltikyanı ölkələr və Almaniya qərarlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR