Slimfit
  1. DÜNYA

Rusiyanın BMT-dən Suriya ilə bağlı tələbi

Rusiyanın BMT-dən Suriya ilə bağlı tələbi
Sakura

Rusiyanın BMT-dən Suriya ilə bağlı tələbi

Rusiya BMT Təhlükəsizlik Şurasından Suriyadakı vəziyyətlə bağlı təcili məsləhətləşmələr tələb edib.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki,  bu barədə TASS-a BMT-dəki mənbə bildirib.

Qeyd edək ki, Suriyanın Moskvadakı səfirliyi həmişəki kimi fəaliyyət göstərəcəyini bəyan etsə də, diplomatik nümayəndəliyin binasının üzərindəki dövlət bayrağı götürülüb. Diplomatik nümayəndəlik hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR