Slimfit
  1. CƏMİYYƏT

Rusiyanın “Birinci kanal” televiziyası səsvermənin gedişini işıqlandırıb

Rusiyanın “Birinci kanal” televiziyası səsvermənin gedişini işıqlandırıb
Sakura

Rusiyanın “Birinci kanal” televiziyası səsvermənin gedişini işıqlandırıb

Rusiyanın “Birinci kanal” federal televiziya kanalında Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri barədə reportaj yayımlanıb.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, reportajda seçki məntəqələrində fəallığın yüksək olduğu, ilk bir neçə saat ərzində seçicilərin 20 faizinin səs verdiyi, günün sonuna qədər isə rekord səviyyəyə qalxmasının gözlənildiyi bildirilib.

Xüsusi vurğulanıb ki, seçici fəallığının yüksək olması, ilk növbədə, Qarabağın geri qaytarılması ilə əlaqədardır. Məhz bu bölgədəki seçki məntəqələrindən birində ölkənin hazırkı lideri İlham Əliyev səs verib”, - deyə süjetdə bildirilib.

MDB müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedev “Birinci kanal”a müsahibəsində qeyd edib ki, missiyanın üzvləri respublikanın bölgələrində də seçkilərin mütəşəkkil və düzgün keçirildiyi barədə məlumat verirlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR