Slimfit
  1. DÜNYA

Rusiyalılar bu məşhur generalları seçdi

Rusiyalılar bu məşhur generalları seçdi
Sakura
:0

Rusiyalılar bu məşhur generalları seçdi

Rusiyalılar Georgi Jukov (62%), Aleksandr Suvorov (51%) və Mixail Kutuzovu (42%) müxtəlif dövrün hərbi qulluqçuları arasından vətən qəhrəmanları olaraq seçiblər.

Axar.az xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzi məlumat yayıb.

Rusiyalılar həmçinin Konstantin Rokossovski (33%), Aleksandr Nevski (30%), Fyodor Uşakov (21%) və Pavel Naximovun (20%) adlarını da qeyd ediblər.

Bundan əlavə, sorğu iştirakçılarına “vətən qəhrəmanı” adlandırıla biləcək müasir və keçmiş dövrlərdə yaşamış rusiyalı hərbçilərin, hərbi qulluqçuların adlarını çəkmək də təklif olunub.

Yekuna əsasən, 37% Jukovun, 19% Sergey Şoyqunun, 15% Suvorovun, 12% Kutuzovun adını qeyd edib.

Qeyd edək ki, sorğu 5 dekabr 2019-cu ildə 18 yaşdan yuxarı 1600 nəfər arasında telefon vasitəsilə keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR