Slimfit
  1. AZƏRBAYCAN

Rusiyalı tarixçi: "Qarabağın erməni torpağı olmasını iddia edənlər mahiyyətçə faşistdirlər"

Rusiyalı tarixçi: "Qarabağın erməni torpağı olmasını iddia edənlər mahiyyətçə faşistdirlər"
Sakura

Rusiyalı tarixçi: "Qarabağın erməni torpağı olmasını iddia edənlər mahiyyətçə faşistdirlər"

 "İkinci dünya müharibəsi dövründə alman nasistləri ilə əlbir olan ermənilərin radikal Daşnaksütyun Partiyası Almaniyanın müstəmləkəsi də olsa, şərqi Anadolunu, Dağlıq Qarabağı, Borçalını da əhatə edən “Böyük Ermənistan” yaratmaq üçün səylərini daha da artırmışdı. Bunu SSRİ-nin arxiv sənədləri üzə çıxarır. Odur ki, indi Qarabağın erməni torpağı olmasını iddia edənlər əslində faşistlərdir".

“Report” xəbər verir ki, bunu “Ermənistan: dağılmış nasizmin ölkəsi” adlı mətbuat konfransında rusiyalı tarixçi və hüquqşünas, tarix elmləri namizədi, professor Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, əvvəllər Rusiya bolşeviklərilə müttəfiq olan daşnakların 1933-cü ildən onlarla ideoloji düşmənə çevrildiklərini bildirib: “Həmin il Qaregin Njde Bostonda “Tseqakron” adlı təşkilat yaratdı, sonradan təşkilatın adını “Erməni Gənclər Federasiyası” qoydular. Bu təşkilat həmçinin “erməni irqçiləri” kimi də tanınmışdı”.

Sonradan, ikinci dünya müharibəsi illərində Njde və digər ən radikal daşnakların Hitler rejimi ilə yaxından əməkdaşlıq etdiklərini diqqətə çatdıran rusiyalı tarixçi həmin vaxt Vyana sakini olan əslən şamaxılı Peter Kamsakaryan adlı birisi haqqında arxiv sənədini təqdim edib: "Nasist Almaniyasının Baş İmperiya Təhlükəsizlik İdarəsinin məxfi xəfiyyəsi olan bu adam erməni diasporu təmsilçiləri arasında Üçüncü Reyxə qulluq edəcək muzdlu könüllülər toplayırmış. Məhz P.Kamsakaryan Q.Njde ilə əlaqə yaradaraq Hitler iqtidarının bəzi ölkələrdə kəşfiyyat arapmaq tapşırıqlarını ona çatdırırdı. Onun ifadələrinə inansaq, Q.Njde Daşnaksütyun Partiyasından çıxarılaraq tamamilə Hitler hökumətinin xidmətində xəfiyyəyə çevrilmişdi. Tərəfdarı olan bolqarıstanlı ermənilərindən yaratdığı 10 nəfərlik kəşfiyyat qrupu əvvəl Krımda, daha sonra Frakiyada türklərə qarşı istifadə olunurdu”.

Bolqarıstan 1944-cü ildə müharibədən çıxdıqdan sonra Njdenin bu ölkəyə qarşı da kəşfiyyat fəaliyyətinə cəlb olunduğunu bildirən O.Kuznetsov 1948-ci ildə SSRİ-nin Vladimir həbsxanasında Q.Njde ilə P.Kamsakaryanın üzləşdirilməsi zamanı hər ikisinin Hitlerin xüsusi xidmət qurumları ilə əməkdaşlıqlarını, o cümlədən Türkiyə və Bolqarıstana qarşı kəşfiyyat tapşırıqları yerinə yetirdiklərini etiraf etdiklərini vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR