Dərc edildi: Baxış sayı: 895
Rusiyalı senator Zelenskinin Putinə görüş təklifini "boş söz" adlandırdı
Rusiyalı senator Aleksey Puşkov Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinə görüş təklifinə cavab verib.
Ens.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Puşkov Zelenskinin təklifini “boş söz” adlandırıb:
“Ukrayna prezidenti boş sözlərlə oynamağı dayandırmalıdır. O, əvvəlcə atəşkəsi tamamilə bərpa etməlidir və Donbasa tətbiq edilən iqtisadi blokadanı qaldırmalıdır. Bunu etmədiyi halda çıxışlarının heç bir mənası olmayacaq”.
Xatırladaq ki Zelenski, “Mən hər ay Donbasa gedirəm. Cənab Putin, sizi Donbasın hər hansı bir yerində görüşməyə dəvət edirəm" - deyə Rusiya prezidentinə çağırış etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət