Dərc edildi: Baxış sayı: 634
Rusiyalı qadınlara müstəsna hüquq: Təcavüz edənləri rahatlıqla öldürə bilərlər
Cinsi zorakılığa məruz qalan rusiyalı qadınlar təcavüzkarı öldürməyə görə cinayət məsuliyyəti daşımayacaqlar.
Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, qadınların zorlanması və qətlə yetirilməsi statistikasının yüksək olduğu Rusiyada qanunvericiliyə müvafiq dəyişiklik edilib.
Dövlət Dumasına təqdim olunan və təsdiqlənən layihə artıq qüvvəyə minib. Həmin dəyişikliyə əsasən, qadınlar təcavüz təhlükəsi zamanı özünümüdafiə hüququ əldə ediblər.
Bu zaman təcavüzdən qorunmaq istəyən qadın ona hücum edən şəxsi yaraladığı və ya öldürdüyü təqdirdə məsuliyyət daşımayacaq.
Statistikaya əsasən, hər il Rusiyada təqribən 14 min qadın qətlə yetirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət