Rusiyalı politoloq: "Vladimir Putinin Azərbaycana səfəri Ermənistan rəhbərliyinə bir mesajdır"
"Vladimir Putinin Azərbaycana son səfəri Ermənistan rəhbərliyinə bir mesajdır".
Bunu “Report”a rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov bildirib.
Onun fikrincə, Azərbaycan və Rusiya prezidentləri - İlham Əliyevlə Vladimir Putinin danışıqları çox müsbət, mehriban ab-havada keçib, iki dövlət başçısı arasında çox yaxşı şəxsi münasibətlər yaranıb”.
“Məncə, Vladimir Putinin bu səfərində mühüm məqsədlərdən biri Ermənistanın yeni rəhbərliyinə doğru yolla getmədikləri barədə mesaj ötürmək olub. Əgər Nikol Paşinyan Klollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nümayəndələrini həbs etdirməyə davam etsə və müəyyən səhv addımlar atsa, nəinki ölkə rəhbərliyi, bütövlükdə Ermənistan üçün də çox ciddi fəsadlara yol aça bilər”, - deyə rusiyalı ekspert vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət