Rusiyalı milyarderdən qarşıdan gələn iqtisadi böhranla bağlı vacib məsləhətlər
Rusiyalı Milyarder İqor Rıbakov koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyətin dünyanı dəyişəcəyini bildirib. Artıq heç nə əvvəlki kimi olmayacaq. Buna görə milyarder çox güclü iqtisadi böhranın qaçılmaz olduğunu bildirib. Daha əvvəlki böhranlardan fərq bundadır ki, hazırda iqtisadi faktordan əlavə olaraq koronavirus kimi virusun yoluxması ilə əlaqədar düşüncə tərzi dəyişəcək. İnsanlar artıq hər gün “sabah öləcəyəm” fikri ilə yaşayacaq.
Böhranla əlaqədar milyarderin tövsiyələri bunlardır:
1. Kaktus kimi olmaq lazımdır. Yəqin kaktusun nə olduğunu bilirsiz. Kaktus ətrafında olan suyu canına çəkir. Sonra isə damcı-damcı o sudan istifadə edir, ehtiyat və qənaətlə. Çünki, yağışın nə vaxt yağacağı, çox və ya az yağacağı məlum deyil.
2. Bu cəmiyyətin bir üzvü olmaq üçün eyni vəziyyətdə olan başqaları ilə ("kaktusa çevrilmiş" insanlarla) tanış olmaq və ya tapmaq lazımdır. Çünki təkbaşına adi hərəkətləri yeniləri ilə əvəz etmək praktik olaraq mümkün deyil. Eyni vəziyyətə düşmüş insanların köməyi tələb olunur.
Bu ilk iki variant işdən artıq qovulmuş insanlara aiddir. Əgər sizi hələ işdən qovmayıblarsa, onda bunu məsləhət görürəm: bəlkə başqa, gələcək üçün daha aktual sahədə özünü sınayasınız. Daha nələr etmək lazımdır? İşlədiyin şirkət üçün necə daha faydalı olacağınız barədə düşünmək. Rəhbərliyə yaxınlaşaraq necə şirkət üçün daha faydalı ola biləcəyinizi soruşmaq. Təşəbbüs göstərmək, şirkət üçün daha faydalı olmaq. Çünki, şirkət üçün faydalı olanları ən axırda azad edirlər.
Bütün bunlara əlavə olaraq milyarder bildirib ki, böhran daha əvvəl də olub. Buna görə də hər böhrandan da çıxış vəziyyəti var, sadəcə düzgün yolu tapmaq və çalışmaz lazımdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət