Rusiyanın ilk idarə olunan ekspedisiyası 2031-ci ildə Aya uçmalıdır, sonra isə belə uçuşları hər il…
Rusiyanın ilk idarə olunan ekspedisiyası 2031-ci ildə Aya uçmalıdır, sonra isə belə uçuşları hər il təkrarlamaq planlaşdırılır.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, ilk ekspedisiyanın heyəti “kosmonavtların Ayda fəaliyyəti üzrə əməliyyatlar” üzərində məşq etməlidir. 2032-ci ildə yerin təbii peykinə lunomobil (Ayda kosmonavtları daşımaq imkanı olan ağır aparat), həmçinin nəqliyyat vasitələrini yoxlayacaq ikinci ekspedisiya göndərilməlidir. Bir il sonra göndəriləcək üçüncü ekspedisiya isə lunomobil vasitəsi ilə uzaq məsafəyə səfərlər etməli və robot texnikası komplekslərini sınaqdan çıxarmalıdır.
Bu uçuşlardan öncə 2028 və 2029-cu illərdə iki sınaq startı keçirilməlidir. Həmçinin 2034-cü ildə Ay bazasının tikintisinə başlamaq nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət