Slimfit
  1. HƏRB

Rusiyalı hərbçilər Türkiyə ilə ortaq monitorinq mərkəzində xidmətə hazırlaşır

Rusiyalı hərbçilər Türkiyə ilə ortaq monitorinq mərkəzində xidmətə hazırlaşır
Sakura

Rusiyalı hərbçilər Türkiyə ilə ortaq monitorinq mərkəzində xidmətə hazırlaşır

Dağlıq Qarabağda atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tərkibində olacaq rusiyalı hərbçilər monitorinq vəzifələrini ortaq şəkildə yerinə yetirmək üçün təlim keçirlər və Azərbaycan Respublikasının ərazisinə yola düşməyə hazırlaşırlar.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin rəsmi bəyanatında bildirilir. 

Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin strukturunu, məqsədini, vəzifələrini və funksiyalarını, işinin təşkili qaydasını, habelə ərazilərində tapşırıqların yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

Birgə Mərkəzin heyəti mövcud vəziyyətin monitorinqini pilotsuz uçuş aparatlarından istifadə etməklə nəzarət edəcək.

Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə ortaq Rusiya-Türkiyə mərkəzi, Rusiya Federasiyası və Türkiyə Respublikası müdafiə qurumları tərəfindən 11 noyabr 2020-ci il tarixdə imzalanan Memoranduma uyğun olaraq Azərbaycan Respublikası ərazisində yerləşdiriləcək.

Birgə Mərkəzin Qərargahı paritet əsasında komanda məntəqəsi şəklində qurulur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR