Slimfit
  1. AZƏRBAYCAN

Rusiyalı həmsədr: "Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri dekabrda görüşəcəklər"

Rusiyalı həmsədr: "Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri dekabrda görüşəcəklər"
Sakura

Rusiyalı həmsədr: "Azərbaycan ilə Ermənistan xarici işlər nazirləri dekabrda görüşəcəklər"

“Bakı ilə Yerevan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ən yüksək səviyyədə dialoqu davam etdirmək üçün prinsipial iradəyə malikdir”.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

“Ümidvarıq ki, gələn ay iki ölkənin xarici işlər nazirləri arasında görüş keçiriləcək. Həmin görüşdə problemin həlli üzrə başlıca məsələlər, həmçinin cari vəziyyətin inkişafına, iki ölkə rəhbəri arasında münasibətlərin necə qurulacağına dair görüləcək etimad tədbirləri müzakirə olunacaq. Prinsipial məsələ odur ki, ən yüksək səviyyədə dialoqu davam etdirmək iradəsi var”, – rusiyalı diplomat vurğulayıb.

Xatırladaq ki, daha əvvəl ATƏT-in Baş katibi Tomas Qreminger Moskvadakı brifinqdə Dağlıq Qarabağ münaqişəsinin ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Milan görüşündə müzakirə olunması nəzərdə tutulduğunu bildirmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR