Slimfit
  1. SİYASƏT

Rusiyalı ekspert Bakıya qəhrəman-şəhər adı verilməsini zəruri sayır

Rusiyalı ekspert Bakıya qəhrəman-şəhər adı verilməsini zəruri sayır
Sakura

Rusiyalı ekspert Bakıya qəhrəman-şəhər adı verilməsini zəruri sayır

“Azərbaycanın və azərbaycanlıların düşmən üzərində Böyük Qələbəyə verdiyi töhfələr barədə çox şey danışmaq olar. Buna görə yalnız ayrı-ayrı, lakin əhəmiyyətli faktlara diqqət yetirmək istəyirəm. Məsələn, ümumi əhali sayının 3,4 milyon nəfər (1941-ci il) olduğu dövrdə Azərbaycan SSR-dən cəbhəyə 650 mindən çox insan çağırılıb. Onlardan 300 mindən çoxu döyüş meydanlarında həlak olub. Azərbaycandan könüllülərin sayı, təqribən, 40 min nəfər təşkil edib. Onların yarısı döyüş meydanlarında həlak olub”.

Ens.az xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev Azərbaycan hərbçilərinin faşizm üzərində Qələbənin 75 illik yubileyi münasibətilə Moskvada təşkil olunan hərbi parada qatılmasını şərh edərkən deyib.

“Müharibədə partizan Aliyə Rüstəmbəyova, snayper Ziba Qəniyeva, zenit topçusu Almaz İbrahimova, gəmi kapitanı Şövkət Səlimova və başqaları kimi azərbaycanlı qadınlar da iştirak edib”, - o bildirib.

Ekspert vurğulayıb ki, Azərbaycan SSR-dən olan əsgərlərin əsas döyüş yerləri Brest qalası uğrunda gedən döyüşlər, Leninqradın müdafiəsi, Moskvanın müdafiəsi, Stalinqrad, Qafqaz, Kursk, Krım yarımadası uğrunda gedən döyüşlər, habelə Baltikyanı ölkələrin və Şərqi Avropanın azad edilməsi və Berlin uğrunda döyüşlər olub.

“Faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi şücaət və cəsarətə görə Azərbaycandan olan yüz mindən çox insan SSRİ-nin orden və medallarına layiq görülüb, 100-dən çoxuna Sovet İttifaqı Qəhrəmanı adı verilib. 43 etnik azərbaycanlı bu ada layiq görülüb”, - A.Perendciyev söyləyib.

“Rusiya zabitləri” Ekspert Şurasının üzvü Bakının SSRİ-nin bütün iqtisadiyyatı üçün, demək olar, əsas neft mənbəyi olduğunu vurğulayıb: “Sovet İttifaqındakı neft hasilatının 80%-ə qədəri Azərbaycan SSR-də istehsal edilirdi:

“Azərbaycanlıların Bakının müdafiəsində göstərdiyi cəsarət və qəhrəmanlığa hələ də lazımi tarixi qiymətləndirmə verilməyib. Buna görə də Bakıya “qəhrəman şəhər” adı verilməsinin zəruri olduğunu hesab edirəm və bunu təklif edirəm”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR