Slimfit
  1. AZƏRBAYCAN

Rusiyalı ekspert: Azərbaycan parlamenti qoyulan tapşırıqların öhdəsindən daha səmərəli şəkildə gələcək yeni simalara ehtiyac duyur

Rusiyalı ekspert: Azərbaycan parlamenti qoyulan tapşırıqların öhdəsindən daha səmərəli şəkildə gələcək yeni simalara ehtiyac duyur
Sakura

Rusiyalı ekspert: Azərbaycan parlamenti qoyulan tapşırıqların öhdəsindən daha səmərəli şəkildə gələcək…

Milli Məclisin buraxılması xüsusilə də son illərdə ölkədəki islahatlar fonunda tam məntiqli addımdır.

Bunu Trend-ə rusiyalı politoloq Fərhad İbrahimov deyib.

Onun sözlərinə görə, parlament Prezident İlham Əliyev tərəfindən elan olunan tapşırıqların öhdəsindən daha səmərəli şəkildə gələcək yeni simalara ehtiyac duyur:

“İqtisadi islahatlar, sosial tərəqqi, səhiyyə və təhsil sahələrində struktur dəyişiklikləri yeni parlamentin məşğul olacağı məsələlərdir. Həm də yeni parlamentin unikal imkanı olacaq, çünki ölkədə struktur islahatları zamanı yeni ideyalar və təkliflər daha səmərəli və həyat qabiliyyətli olacaq. Buna hər kəsin, o cümlədən hakim partiyanın ehtiyacı var. Nəzərə alsaq ki, vaxt yerində dayanmır və on il əvvəl aktual olan məsələnin bu gün reallaşdırılması mümkün olmur”.

Ekspert qeyd edib ki, digər məsələlərlə yanaşı yeni parlamentə öz yanaşması və təklifləri olan yeni partiyalar da daxil ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR