Slimfit
  1. İQTİSADİYYAT

Rusiyalı ekspert: "2018-ci il SOCAR üçün uğurlu olub"

Rusiyalı ekspert: "2018-ci il SOCAR üçün uğurlu olub"
Sakura

Rusiyalı ekspert: "2018-ci il SOCAR üçün uğurlu olub"

"2018-ci il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün olduqca uğurlu olub, şirkət maye karbohidrogenlərin hasilatını artırır, eləcə də həm Azərbaycan ərazisində, həm də digər ölkələrdə yanacaqdoldurma stansiyaları şəbəkəsini genişləndirir".

Bunu "Report"a rusiyalı ekspert, Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov deyib.

Onun sözlərinə görə, SOCAR ilə "Rosneft" arasındakı əməkdaşlıq fəal şəkildə inkişaf edir. Bu şirkətlər SOCAR-ın artıq yaxşı təcrübəsi olduğu Xəzər dənizində birgə işləmək perspektivinə malikdirlər.

Bundan əlavə, İ.Yuşkov qeyd edib ki, Rusiya öz qazının satışında da maraqlıdır. Ekspertin sözlərinə görə, bu halda iki ölkə Avropaya qaz tədarükü üçün əməkdaşlıq edə bilər.

"Azərbaycan qazı üçün reallaşdırılan TAP və TANAP sistemi "Türk axını"nın ikinci xəttinin davamı ilə yanaşı Avropa İttifaqı ərazisində vahid dəhliz ola bilər və ölkələr qaz mübadiləsi edə bilərlər. Məsələn, Azərbaycan Bolqarıstana və Yunanıstana bir milyard kubmetr qaz təchizatl ilə bağlı müqavilə imzalayıb. Ola bilər ki, Bolqarıstana qazı Rusiya çatdırsın və Azərbaycan "Qazprom"un müqaviləsi üzrə İtaliyanı qazla təchiz eləsin. "Qazprom" və SOCAR-ın qarşılıqlı əməkldaşılığı çərçivəsində Cənubi Avropa (Bolqarıstan, Yunanıstan, İtaliya) ilə belə əməliyyatlar tam mümkündür", - İ.Yuşkov bildirib.

O əlavə edib ki, Rusiyanın artıq Hollandiya və Norveçlə belə iş təcrübəsi var: "Onlar Böyük Britaniyanı qazla təchiz edir və bunu "Qazprom" müqaviləsi üzrə həyata keçirirlər, "Qazprom" isə Avropa qitəsinə qazını göndərir və bunu "Statoil" şirkətinin müqaviləsi əsasında edir".

Analitikin fikrincə, 2019-cu ildə SOCAR qaz və neft hasilatının həcmini artıracaq, emal dərinliyini artıracaq, NEZ-ləri modernləşdirəcək və yanacaqdoldurma stansiyaları şəbəkəsini yalnız Azərbaycanda deyil, həm də Avropada genişləndirəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR