Slimfit
  1. SİYASƏT

Rusiyalı deputat Azərbaycan xalqını təbrik etdi

Rusiyalı deputat Azərbaycan xalqını təbrik etdi
Sakura

Rusiyalı deputat Azərbaycan xalqını təbrik etdi

Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər rəqabət şəraitində, tamamilə açıq şəkildə keçirilib və demokratik seçki standartlarına cavab verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər Komitəsinin sədri Leonid Slutski bəyan edib.

L.Slutski Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının əhali arasında böyük nüfuza malik olduğunu və bunun da səsvermənin yekun nəticələrində əksini tapdığını vurğulayıb. Onun sözlərinə görə, respublikanın Mərkəzi Seçki Komissiyasının artıq operativ şəkildə araşdırdığı cüzi pozuntular seçkilərin legitimliyinə heç cür təsir edə bilməz. Komitə sədri əlavə edib: “Şəffaflığın və demokratikliyin olmaması barədə ittihamlar, çox üzr istəyirəm, sadəcə parlament ədəbinə uymayan iddialardır”.

L.Slutski, həmçinin qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ADTİHB) müşahidəçiləri ənənəvi olaraq səsvermənin yekunlarına dair tənqidlər səsləndiriblər. Bu, avropalı müşahidəçilərin qərəzli yanaşmasını və ikili standartlarını nümayiş etdirir.

Deputat vurğulayıb ki, Milli Məclisə seçkilər demokratik seçki standartlarına tam uyğun şəkildə keçirilib. Bunu Dövlət Dumasının deputatlarının da təmsil olunduğu MDB-nin müşahidə missiyası da qeyd edib.

Komitə sədri sonda deyib: “Azərbaycan xalqını təbrik etmək istəyirəm və məhsuldar parlamentlərarası əməkdaşlığa ümidvar olduğumu bildirirəm”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR