Rusiyalı balet ustaları Bakıda çıxış edəcək
Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində əsas rolları Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) ifa edəcəklər.
Rusiyalı balet ustaları ilə yanaşı, teatrın solistləri - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova da baletdə rol alacaq, solo partiyalar və rəqslər ifa edəcəklər.
Səhnə əsərini Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət