Dərc edildi: Baxış sayı: 589
Rusiyadan şok: ABŞ nüvə zərbəsi endirə bilər
ABŞ və İranın qarşılıqlı zərbələri dünyanı nüvə müharibəsinə gətirib çıxara bilər.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Vladimir Cabarov deyib.
“Amerikalıların İranın raket hücumundan sonra hansı itki verdiklərini dəyərləndirmək lazımdır. Əgər zərər ciddi olsa, ABŞ cavab verməyə bilməz. ABŞ və İranın qarşılıqlı zərbələri regionu genişmiqyaslı savaşa gətirə bilər. Əgər Vaşinqton anlasa ki, hədəfinə çata bilməyəcək, o zaman nüvə müharibəsinin başlanması təhlükəsi mövcuddur”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət