Dərc edildi: Baxış sayı: 1015
Rusiyadan qayıtmaq istəyən azərbaycanlıların nəzərinə!
18 aprel tarixindən etibarən “www.evegedirem.info” portalı fəaliyyətə başlayır.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin sözcüsü Leyla Abdullayeva portalla bağlı AzTV efirində ətraflı məlumat verib.
Karantin səbəbindən Rusiyada qalan Azərbaycan vətəndaşları portal vasitəsilə qeydiyyatdan keçərək onlayn növbə əldə edəcək. Sistem vasitəsilə istəyə uyğun olaraq azərbaycanlıların quru və ya hava yolu ilə ölkəyə qayıdışı planlı şəkildə təşkil olunacaq.
Portalın fəaliyyəti 18 aprel 10:00-dan (Moskva vaxtı ilə) etibarən 23 aprel gecə saat 00:00-a kimi davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət