Rusiyadan Ermənistana daha bir hərbi DƏSTƏK - Yeni Su-30SM qırıcıları verir
Rusiya Ermənistana çoxməqsədli Su-30SM qırıcılarının yeni dəstinin verilməsi məsələsini müzakirə etməyə hazırdır.
Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəsmi nümayəndəsi Mariya Vorobyova məlumat verib.
O qeyd edib ki, bununla əlaqədar erməni tərəfi ilə iş davam edir:
“Ermənistan tərəfi bunun marağını təsdiqləsə, təyyarələrin alınması mövzusu müzakirə ediləcək”.
Vorobyova 4+ nəsil qırıcıların İrəvan tərəfindən satın alınmasının hazırda müzakirə edildiyini bildirib.
Ermənistan Müdafiə Nazirliyi hələ məlumatı şərh etməyib.
Xatırladaq ki, bu qırıcıların ilk dəstəsi 2019-cu ilin dekabrında Ermənistana gəlib. Hərbi rəhbərlik dəfələrlə bildirib ki, yaxın illərdə cəmi 12 Su-30SM qırıcısının alınması planlaşdırılır.
Bu təyyarə əhəmiyyətli dərəcədə raket və bomba silahlarına sahibdir və 8 ton döyüş yükünü göyə qaldırmaq gücündədir.
Mənbə deyir ki, Su-30SM eskadrilyası Ermənistan Hərbi Hava Qüvvələrinin hücum imkanlarını xeyli artıracaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət